Meydoff ABŞ hökumətini maliyyə piramidasına bənzədib

28 Fevral 2011 19:57
Bu barədə Meydoff özünün "New York Magazine"ə müsahibəsində deyib.

SalamNews "lenta.ru"ya istinadən xəbər verir ki, Meydoffun "Madoff Securities" fondu məhz "Pontsi sxemi" əsasənda qurulub. Meydoffun sözlərinə görə, ABŞ-da maliyyəçilər maxinasiyalarla məşğuldurlar, amma bunda yalnız onlar deyil maliyyə nizamlayıcıları da günahkardırlar: "Məsələn ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyası (SEC)".

Qeyd edək ki, əvvəl "SEC" Meydofa aid fonda dəfələrlə yoxlama elan etsə də, amma bir qanun pozuntusu aşkarlaya bilməyib. Lakin, ölkənin ən etibarlı maliyyə qurumunun rəhbəri öz övladlarına fırıldaq işlətdiyini etiraf edərkən, onlar dövlət qurumlarına xəbər veriblər. "Madoff Securuities" 2008-ci ildə "SEC" tərəfindən "maliyyə piramidası" elan edilib. Meydoffun öz sözlərinə görə, onun fondunun sərmayəçiləri 50 milyard dollar zərər veriblər, amma məhkəmə bu məbləği 13 milyard dollara endirib.

Milli.Az