Azərbaycanın “İstiqlal” snayper tüfəngi dünya atıcı silahları kataloquna daxil ediləcək
28 Fevral 2011 18:37
APA-nın məlumatına görə, artıq silahın texniki göstəriciləri və digər zəruri məlumatlar kataloqu hazırlayan "Janes" şirkəti tərəfindən götürülüb. Azərbaycan tərəfi məlumatları ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2011 sərgisində təqdim edib.
Kataloqda əsasən dünyada geniş yayılmış, eyni zamanda xüsusi təyinatlı atıcı silahlar barədə məlumatlar yer alır. MDB məkanından bu kataloqa əsasən Rusiya, Ukrayna əv Belarus istehsalı olan bəzi silahlar salınıb.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, "İstiqlal" Azərbaycanın ilk milli silahıdır: "Aparılan tədqiqatlar da göstərir ki, bu silahın anoloqu yoxdur. CAR-da buna bənzər bir silah var. Amma atış məsafəsi 2 min metrdir. Ancaq İST 14.5 tüfəngi 2500 metrdə istənilən hədəfi məhv etmək qabiliyyətinə malikdir".
Milli.Az