"Muhteşem Yüzyıl Kösem" serialının 7-ci bölümünün anonsları yayımlanıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, aktrisa Beren Saat bu bölümdə tamaşaçıların qarşısına çıxacaq.
O, Anastasia (Mahpeyker) obrazını canlandıran Anastasia Tsilimpiounu əvəzləyəcək. Anonsların yayımlanması ilə birgə Beren Saatın seriala qatılması müzakirələrə səbəb olmağa başlayıb. Vaxtından əvvəl seriala qatılan aktrisa TIMS şirkətinin son ümidi olub. Berenin seriala böyük reytinq verəcəyi ehtimal olunur.
Qeyd edək ki, serialda Hülya Avşar, Ekin Qoç, Mete Horozoğlu kimi məşhurlar yer alıb.
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.