Xalq artisti Aygün Kazımova ilə müğənni Namiq Qaraçuxurlu Yeni il gecəsində eyni məkanda səhnəyə çıxacaqlar.
Yeni il gecəsində şou əhli ilə bir araya gələcək olan xalq artisti Aygün Kazımova öz təəssüratlarını Milli.Az-la da bölüşüb:
"Hər il olduğu kimi bu il də yeni il sevənlərimlə qarşılayacağam. 2016-ci ilin ilk saatında fərqli imicdə olacağam. Məhz həmin gecə üçün özümə xüsusi bir libas hazırlatdırmışam.
Eksklüziv mahnımı da həmin gün sevənlərim üçün səsləndirəcəyəm. Onu da deyim ki, həmin gün sürpriz də olacaq".
Milli.Az