“Neftçi” rəhbərliyi futbolçularla görüş keçirdi
26 Fevral 2010 19:36
Fanat.az klubun mətbuat xidmətinə istinadən bildirir ki, Vaqif Sadıqovun istefasından sonra ona gələcək işlərində uğurlar arzulayan "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov baş məşqçi qismində Arif Əsədovu komanda üzvlərinə təqdim edib.
O bildirib ki, A.Əsədova Şakir Qəribovla yanaşı, məşqçi-seleksiyaçı Bəxtiyar Musayev, fiziki hazılrıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviç kömək edəcək.
Görüşdə çıxış edən Arif Əsədov ona göstərilən etimada görə klub prezidenti Sadıq Sadıqova təşəkkürünü bildirib və "Neftçi"nin həm ölkə kubokunda, həm də Premyer Liqada sonadək mübarizə aparacağını deyib.
Milli.Az