Cahangir Hacıyev israrlıdır

17 Dekabr 2015 13:08

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsində "ev dustaqlığı" edilməsi barədə müraciətinin rədd edilməsi haqqında Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılacağı vaxt müəyyən edilib.

Bu barədə Trend-ə Cahangir Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, apellyasiya şikayətinə dekabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə),179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs - qəti imkan tədbiri seçilib.

Milli.Az