Sultan Kabus maaşları niyə artırdı?
28 Fevral 2011 16:19
Milli.Az xəbər portalı "İslamTribune.com"a istinadən bildirir ki, Oman sultanı Kabus bin Səid büdcədən maliyyələşən təşkilatlarda çalışanların minimal aylıq maaşını 520 dollara qədər artırıb.
Omanın ONA dövlət informasiya agentliyi bildirir ki, sultan Kabusun fərmanı ilə maaşların bu yaxınlarda daha 200 riyal artırılması gözlənilir.
Sultanlığın 1,96 milyon sakininin 150 min nəfəri özəl sektorda çalışır.
Oman sultanlığında etiraz nümayişləri həddən ziyadə nadir hadisə olduğundan, dünən küçələrdəki nümayişlər sultanı güzəştə jetməyə vadar edib.
Tural
Milli.Az