Məşhur jurnalist: "Müsəlmanları işə götürməyin!"

28 Fevral 2011 14:48
Milli.Az xəbər portalı "TV+"a istinadən bildirir ki, məşhur fransız jurnalist, Fransanın "Le Figaro" qəzetinin siyasi şərhçisi Erik Zammur işdən qovulub. O, telekanallardan birində çıxış edərkən deyib: "Müsəlmanları işə götürməyin! Ərəblər və zəncilər arasında cinayətkarların sayı həddən ziyadədir. Ona görə də iş yeri sahibləri bu insanların müraciətlərini rədd edə bilərlər".

Zammur məhkəməyə verilib və 14 min avro məbləğində cərimələnib. Bundan başqa, Fransada insan haqlarının müdafiəsi ilə məşğul olan 5 təşkilat da ondan məhkəməyə şikayət edib.

Tural
Milli.Az