Rəşad Sadıqov hakimə tüpürdü

16 Dekabr 2015 22:11

Topaz Premyer Liqası XVII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" matçında xoşagəlməz hal yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, idmanxeber.com-un "Azersun Arena"da olan əməkdaşının verdiyi məlumata görə, matçın 79-cu dəqiqəsində yan xətt hakimi bayrağını qaldıraraq qonaqların leyhinə cərimə zərbəsi təyin edib.

"Qarabağ"ın futbolçuları isə buna etiraz edib. Kapitan Rəşad Sadıqov isə narazılığını hakimə tüpürərək bildirib.

Xatırladaq ki, oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

Milli.Az