Günün yuxuyozması
4 Mart 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Öyünmək - Röyada öyündüyünü görən adam var-dövlət və yaşayış sarıdan çox zəngindir.
Qaz - Yuxud yanar qaz görmək-sevincə və işinizin qabağa gedəcəyinə, daha çox ölçülü-biçili yaşayışa başlamaqla həyat tərzinizdə böyük dəyişikliklər əldə edəcəyinizə yozulur.
Zopa - Yuxuda əldə zopa dolaşdığını görmək-bir dostunuza yaxşılıq edəcək və ya dostunuzdan yaxşılıq görəcəksiniz. Zopa ilə birisini vurmaq-hürriyyətə qovuşacaq və ya ailənizdən ayrılaraq ayrıca ev alacaqsınız. Zopayla vurduğunuz adam haqlı yerə vurulmuşsa, düşmənlərinizə və sizəi istəməyənlərə qarşı mübarizədə qəti zəfər qazanacaqsınız.
Adaçayı - Röyada adaçayı içmək- xoş bir olayla qarşılaşacağınıza və bəxtinizin açılacağına işarədir.
Ox - Röyada görülən ox başqa məmləkətlərə göndərilən elçiyə, məktuba, ya da düşmənə qalib gəlməyə yozulur. Qadının yuxuda ox görməsi o qadının ərini ifadə edir. Röyada ox ataraq hədəfə düz düşən adam əgər uşaq arzusundadırsa oğlu olacaq.
Milli.Az