Son vaxtlar Azərbaycanda yeni doğulan uşaqlara gülüş doğuran adların qoyulması halları azalıb. İnsanlar mənası anlaşılmayan adları uşaqlara qoymurlar.
Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, son vaxtlar yeni doğulan uşaqlara dil normalarına uyğun adlar verilir: "Səslənməsi, ahəngdarlığı, mənası nəzərə alınaraq adlar uşaqlara qoyulur".
S.Sadıqova qeyd edib ki, Azərbaycan dilində şəxs adları lüğətinin gələn il çap olunması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan dilində şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.
Milli.Az