Döşəmə dadı verən kolbasa... - FOTO

14 Dekabr 2015 20:07

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakı və Abşerondakı kolbasa sexlərində reyd keçirib. Yoxlama zamanı mənşəyi bəlli olmayan, tərkibi şübhəli ətlərdən kolbasa hazırlandığı bəlli olub.

Bu barədə virtualaz.org saytına qurumdan məlumat veriblər.

Xəbərdə deyilir ki, heyvan kəsimi, ət qəbulu məntəqələri və kolbasa sexlərində aparılan reydlər zamanı qida üçün yararlılığı şübhə doğuran ətlərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Laboratoriyada aparılan müayinələrin nəticəsindən asılı olaraq həmin məhsullar barədə qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul ediləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti xatırladır ki, ət kəsim məntəqələrində, kolbasa sexlərində araşdırmalar davam edəcək.

Milli.Az