Keçmiş əsgər canlı yayımda kütləvi qətllərdə iştirakını etiraf etdi

12 Dekabr 2015 10:18

Çilidə radionun canlı efirində ötən əsrin 1970-ci illərində Auqusto Pinoçetin diktaturası əleyhdarlarının kütləvi qətlində iştirakını etiraf edən şəxs saxlanılıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Çili ordusunun 62 yaşlı sabiq əsgəri Gilermo Reyes Ramssi olub.

Onun axtarışı barədə göstəriş insan haqları üzrə nazir Mario Karroso tərəfindən Ramssinin yerli radiodakı çıxışından sonra verilib. O, verilişə zəng edərək güllələnmələrdə iştirak etdiyi barədə anonim şəkildə danışıb.

Yaxın vaxtlarda saxlanılan şəxs dindirilmə üçün Santyaqoya göndərilməlidir.

Milli.Az