Uşaqların sosial şəbəkəsini kim satın aldı?
27 Fevral 2011 13:19
Milli.Az xəbər portalı "TechCrunch"a istinadən bildirir ki, "Walt Disney" korporasiyası yaşı 10-dan aşağı olan uşaqlar üçün nəzərdə tutulmuş "Togetherville" sosial şəbəkəsini satın alıb.
Sövdələşmənin məbləği açqılanmır. "Facebook" prinsipi ilə qurulmuş "Togetherville"də valideynlər uşaqlarının akkauntlarını nəzarətdə saxlamaq və şəbəkənin digər iştirakçılarının valideynləri ilə əlaqə qurmaq imkanlarına malikdir.
"Togetherville" şəbəkəsinin banisi Hindistan əsilli iş adamı Mendip Sinqh Dillondur.
Milli.Az