Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sumqayıt" - "Kəpəz" qarşılaşması 2 - 2 hesabı ilə yekunlaşıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov komandanın qapıçısı Tərlan Əhmədlini cəzalandıracağını bildirib. Gənc mütəxəssis bunun səbəbini belə izah edib: "Tərlan oyun zamanı vaxtı uzadırdı. Bir neçə dəfə oyunun gedişatında bildirdim ki, olmaz. Futbolçularıma hər zaman tapşırıram ki, belə oynamaq olmaz. Belə şeylər bizim komandaya yaraşmır. Artıq onu cəzalandırmışam".
Milli.Az