Milli.Az Azərbaycan İnternetinin lideri oldu - FOTO

8 Dekabr 2015 12:03

Son bir həftə ərzində Milli.Az daha bir nailiyyət əldə edib.

Veb-resursların ən obyektiv statistikası mənbəyi sayılan "Google Analytics"in və Liveinternet-in göstəricilərinə görə, Milli.Az birbaşa girişlərin sayına görə ölkədəki xəbər saytları arasında lider mövqeyə malikdir.

Sözügedən statistika sosial şəbəkələr, hər hansı başqa veb-resurslarda banner və ya mətn reklamı, audiovizual tanıtım, digər saytlardan hiperlink keçidləri və s.-ni nəzərdə tutmur.

Milli.Az-ın statistikasında birbaşa girişlərin sayının artımı xəbərlərin operativliyi, obyektivliyi və ən müxtəlif səpkidə olması ilə ələqadardır.

Xatırladaq ki, sayta birbaşa giriş brauzerdə veb-resursun ünvanını yazaraq əlavə keçidlər və yönləndirmələr, habelə sosial şəbəkələrdəki reklamlar və bannerlər olmadan sayta daxil olan istifadəçilərin sayıdır.

Birbaşa girişlərə fərdi kompüter, noutbuk və mobil telefonlardan keçidlər də daxildir.

Sayta birbaşa girişlərin sayı veb-resursun populyarlıq səviyyəsindən bilavasitə asılıdır: sayt nə qədər çox oxunursa, onun daimi oxucularının sayı bir o qədər çox olur.

Beləliklə, sayta birbaşa girişlərin statistikası həm də veb-resursun ən loyal oxucularının sayını müəyyənləşdirməyə imkan verir, yəni saytın İP statistikasının hər hansı saxtakarlıq və ya "süni keçid"lər vasitəsilə artırılmasını, müxtəlif veb-reytinqlərdə "lider" olmaq üçün xoşagəlməz vasitələrə əl atılmasını birmənalı istisna edir.

Milli.Az sizə, dəyərli oxucularına təşəkkür edir. Bu, bilavasitə sizin diqqətiniz nəticəsində əldə edilmiş uğurdur.

Bizimlə qalın!

Milli.Az