"Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Krasnodar"la (Rusiya) oyununun hazırlıqlarına start verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran"la səfərdə keçirilən oyundan (1:0) sonra məşqlərinə fasilə verməyən "qırmızı-qaralar" hazırlıqlarını Bakıda davam etdirirlər.
Komanda ötən gün Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün "qırmızı-qaralar" Bakı Olimpiya Stadionunda növbəti məşqi gerçəkləşdirəcəklər. "Qəbələ" oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı "Bakcell Arena"da keçirəcək.
Xatırladaq ki, qrupda son oyununa çıxacaq komandanın "Krasnodar"la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.
Milli.Az