Vəzifəli şəxsə hədə-qorxu gələrək pul alarkən tutuldu

7 Dekabr 2015 13:52

Şəkidə Yasin Həsənov vəzifəli şəxsdən hədə-qorxu yolu ilə pul alarkən tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, o, "Azərtoxum" MMC-nin icraçı direktorunun müavini Rasim Əmiriyə hədə-qorxu gələrək ondan 1500 manat almağa çalışıb.

Y.Həsənov Şəki Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Milli.Az