Rövnəq Abdullayev qəza yerində - FOTO

6 Dekabr 2015 20:14

SOCAR prezidenti Rövnəq Abdullayev hazırda "Günəşli" yatağındakı 10-cu özüldə baş vermiş yanğın zamanı itkin düşən neftçilərin axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi ərazidədir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hazırda hadisə yerində olan R.Abdullayev xilasedicilərlə birgə müşavirə keçirir.

R.Abdullayev həmin iclasda platformadakı yanğının tezliklə söndürülməsini tələb edib. Və həmin platformaya şəxsən getmək istədiyini bir daha bəyan edib.
Milli.Az