Qara sarğı və 1 dəqiqəlik sükut

6 Dekabr 2015 13:23

Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qərar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, Topaz Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Qeyd edək ki, baş vermiş qəzada 33 nəfər xilas olub, 2 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb.

Milli.Az