Qışda dərimizi Propolen kremlə qoruyaq!

1 Dekabr 2015 17:00

Qış aylarında soyuyan havaya qarşı dərimiz bədən istiliyinin itməməsi, azalmamsı üçün qan dövranını azaldar, tər və yağ ifrazı azalar. Lakin dərimiz bu halda qurumağa və yağ itirməyə başlayar. Bütün bunlar isə dərinin həssaslaşmasına, xarici təsirlərə qarşı özünü qoruya bilməməsinə gətirib çıxarar və dəri qaşınmağa, qızarmağa, rəng dəyişdirməyə başlayar. Lipid təbəqəsi nazikləşməyə başlayır və dəri öz elastikliyini itirir, dəri çatlayır və qabıqlamağa başlayır. İfadə edilən göstəricilər dərinin erkən yaşlanmasına səbəb ola bilər. Dərinin lipid təbəqəsinin qorunması lazımdır.

Yaşın artması, qidalanma tərkibi və sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərəcəsinin dəyişməsinə təsir edən əsas amillərdir. Normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır, qabıq və çatlar əmələ gəlir.

Dərinin qurumasına mədə-bağırsaq funksiyasının pozulması, orqanizmə lazım olan vitaminlərin çatışmazlığı və hətta bəzi vacib elementlərin, ümumiyyətlə, mövcud olmaması, sinir sisteminin gərginliyi, daxili sekresiya vəzilərinin fəaliyyətinin dəyişməsi kimi amillər də səbəb ola bilər. Bir sıra xarici amillər - günəş, külək, dəniz suyu, isti soba yanında iş - dərinin quruluğunu artır. Bunun qarşısını almaq üçün dəriyə düzgün gigiyenik qulluğun qaydalarını bilmək lazımdır. Ona görə də qış aylarında daha baxımlı olmalı, kremlərimizi mütəmadi olaraq çəkməliyik. Kosmetik vasitələr seçərkən də həddən artıq quru və ağır tərkibli olanlarına üstünlük verilməməlidir. Hətta dəri yağlı olduqda belə  yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır.

Propolen krem dəri zədələnmələrinə qulluq üçün vasitədir. Propolen kremin tərkibində propolis ekstraktı və sidik cövhəri var. Propolis min illərlə bütün dünyada təbii müalicəvi vasitə kimi istifadə olunur. Tərkibi 55% qətran və balzamdan, 10%-ə qədər efir yağlarından, 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarətdir. Təbii nəmləndirici vasitə olan sidik cövhəri-kremin dərinin alt qatlarına keçməsinə kömək edir, regenerasiya sürətlənir, dəri hamarlaşır, elastikliyi artır. Propolen krem dərini intensiv nəmləndirir, qidalandırır və yumşaldır.

İstifadə qaydası: Propolen kremi barmaqların ucu ilə üz xətləri boyu yumşaq hərəkətlə, ən əsası isə nazik qatla çəkmək lazımdır. Krem təmiz və quru dəriyə çəkilir, massaj və döyəcləmə hərəkətləri ilə tam hopana qədər sürtülür. Propolen kremi alında qaşların uzanma istiqamətində saçlara doğru, göz ətrafında içəri küncdən qaşların kənarlarına qədər, kənar göz küncündən aşağı göz qapağı istiqaməti ilə buruna qədər, sonra isə bütün üzdən qulağın yuxarı sərhədinə qədər çəkilir. Bu hissələrdə kremi dördüncü barmaqla çəkmək lazımdır. Yanaqlara və çənəyə kremi dörd barmağınızla birdən çəkin. Massajı üz xətləri istiqamətində, boyunda və sinənin yuxarı hissəsində etmək lazımdır. Bu proses qan dövranını yaxşılaşdırır, dəri kremi tez canına çəkir və tez nəmlənir.

Əziz xanımlar, gəlin qışın soyuğundan dərimizi qoruyaq. Axı o da bizi qoruyur.