Təhminə və Zaur yeni versiyada - VİDEO - FOTO

1 Dekabr 2015 15:43

Bu yaxınlarda "True Fantasy" adlı albomunu satışa çıxaran azərbaycanlı DJ Vugarixx yaradıcılığındakı növbəti yeniliyi təqdim edib.

Milli.Az-ın məlumatına görə, DJ albomunda yer alan 4-cü musiqisini dinləyicilərin ixtiyarına verib. "Təhminə və Zaur" filmindəki dialoq və səslərin əsasında hazırlanan mahnıda, həmçinin Rafiq Babayevin "Prelude" əsəri də fon musiqisi kimi istifadə olunub. Mahnıya filmdəki görüntülər əsasında Bəhruz Qurbanlı tərəfindən xüsusi video hazırlanıb. Cover işlərini isə Royal Paşayev (az-ya) öz üzərinə götürüb.

Yeni işindən danışan Vugarixx bildirib ki, mahnı onun bu janrda olan son işidir. Artıq bu janra qayıtmayacaq. Hazırda ilk klipi üzərində işlərə start verdiyini söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

Təhminə və Zaur yeni versiyada