Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la qarşılaşacaq "İnter" bu matça daha bir itki ilə çıxacaq.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "bankirlər"in futbolçusu Zurab Xizanişvili XIV turda keçirilən "Kəpəz"lə matçda sarı vərəqə alaraq aldığı "sarı"ların sayını 4-ə çatdırıb.
Qeyd edək ki, Xizanişvili ilə birlikdə Denis Silva da cəza səbəbindən bu matçı buraxmalı olacaq.
Milli.Az