İranlı general Suriyada öldürüldü

28 Noyabr 2015 23:19

Suriyada müxaliflərə qarşı Əsəd qüvvələrinin tərkibində döyüşən iranlı general öldürülüb.

Milli.Az azadlıq.info-ya istinadən bildirir ki, bu haqda İranın "sahebnews" saytı xəbər yayıb. Məlumata görə, "İran İnqilab Gözətçiləri"nin  tabor komandiri olan general Abdurrıza Muciyri, Hələbdə suriyalı muhaliflərlə Əsəd qüvvələri arasında baş verən qarşıdurmada öldürülüb.

General Muciyri İranın Xomeynişəhr şəhərində dəfn olunacaq.
Milli.Az