Uğursuz seriyaya kim son qoyacaq?

28 Noyabr 2015 13:13

Bu gün Topaz Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, günün hər iki matçı paytaxt Bakıda baş tutacaq.

Son pilləyə düşmək təhlükəsi olan AZAL "Sumqayıt"ı qəbul edəcək. Hər iki komanda bu görüşə vəziyyətdən çıxış gözü ilə baxır. Belə ki, "təyyarəçilər" 4, "gənclik şəhəri" təmsilçisi isə 3 oyunluq qələbə həsrətinə son qoymaq niyyətindədilər.

Son iki görüşdə uduzan "Xəzər Lənkəran" "Zirə"nin qonağı olacaq. Bu matç Yunis Hüseynov və vaxtilə onun rəhbərliyi altında oynamış Adil Şükürovun ikinci dueli olacaq. Səfərdə qalib gələn debütant öz meydanındakı qələbə ilə ən azı 1 pillə irəliləyə bilər. Onsuz da kasad olan heyətində yenə təmizləmə işi aparan cənublular isə son pillələrdən qurtulmağa çalışacaq.

Topaz Premyer Liqası

XIV tur

28 noyabr

14:30. AZAL - "Sumqayıt"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov 

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov 

"AZAL Arena"

I dövrədəki oyun - 1:1

16:30. "Zirə" - "Xəzər Lənkəran"

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov 

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov 

Zirə İdman Kompleksinin stadionu

I dövrədəki oyun - 1:0

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

13

10

2

1

24-8

32

2

İnter

14

6

6

2

12-8

24

3

Qəbələ

13

6

5

2

21-9

23

4

Zirə   

13

5

6

2

13-11

21

5

Kəpəz 

14

5

5

4

15-14 

20

6

Neftçi

13

4

4

5

15-15

16

7

Sumqayıt   

13

2

6

5

13-17

12

8

Xəzər L  

13

3

3

7

10-18

12

9

AZAL 

13

2

3

8

6-17

9

10

Rəvan 

13

2

2

9

8-20

8

Bombardirlər: Riçard Almeyda ("Qarabağ") - 6 qol, Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter), "Rusan Qurbanov ("Neftçi") - 5.

Milli.Az