"Putin Ərdoğanın görüşmək istəyini rədd edib"

27 Noyabr 2015 18:50

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüşmək istəyini rədd edib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bunun səbəbini Ankaranın Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə əlaqələndirib: "Təyyarə insidentindən sonra Türkiyənin üzr istəməkdə istəksiz olduğunu görürük".

O, Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyini bildirib. 

Milli.Az