Türkiyəli müğənninin sevgilisi onu rəqqasəsi ilə aldadıb - FOTOSESSİYA

24 Fevral 2011 15:39
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, rəqqasələr Damla Bapir və Merve Ataların Demet Akalınla mübahisəsi məhkəməyə qədər gedib çıxmışdı. Qovulan rəqqasələr Demet Akalınla bağlı "Bizi təhqir etdi", "Alacaqlarımızı ödəmədi" kimi ittihamlar səsləndirmişdilər. Lakin sonradan onlar məhkəməyə etdikləri şikayəti geri götürdülər. İndi üstü açılan gizli məqamlar isə bu işin təfərrüatlarını ortaya qoyub. Məlum olub ki, Demet Akalın şikayətlərini geri götürmək üçün Damla Bapir və Merve Atalara 110 min lirə (68 min 450) pul ödəyib. Belə ki, pop müğənnisi rəqqasəsi Merve Ataların cib telefonuna göndərdiyi söyüşlü ismarışları ilə bağlı qaldırılan iddianın əleyhinə bitəcəyindən ehtiyatlanıb və prosesin yarımçıq saxlanılmasına nail olub.

Müğənni ilə rəqqasələr, daha doğrusu, onlardan biri - Merve Atalar arasındakı münaqişənin də səbəbləri məlum olub. Sən demə, Demet Akalın keçmiş həyat yoldaşı Önder Bekensirlə Almaniyada olarkən sevgilisi, "Qalatasaray" futbol klubunun qapıçısı Ufuk Ceylan onu rəqqasəsi ilə aldadıb. Rəqqasə və futbolçu gecəni birlikdə keçiriblər. Özü də müğənninin Çeşmədəki evində. Bunu öyrənən Demet Akalın dərhal rəqqasələrini qovub.

Milli.Az

Merve Atalar




















Demet Akalın