Ekstremistlərdən dövlətə qarşı sərt təhdidlər - FOTO

26 Noyabr 2015 17:47

Bu gün Nardaranda baş verən məlum silahlı insidentdən sonra bir qrup radikal dindar sosial şəbəkədə təhdidedici paylaşımlar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qabil Həmidov adlı Nardaran sakini hacı Talenin aparıldığı polis bölməsinə qumbara atacaqlarını bildirib. Q.Həmidovun təhdid dolu statuslarını olduğu kimi təqdim edirik:

"Kənddə atdığımız qumbaradan birini də Hacı olan polis bölməsinə atacağıq! Bu dəfə rəis qarışıq hamısını öldürəcəyik, insaAllah!

Avtomat və güllədən boluq, bu qan yerdə qalmayacaq".

Milli.Az