16:29
Gəncədə sərnişin daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.
Bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişindaşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhəti isə orta ağır olduğu bildirilir.
Şahin Quliyev - həkim: "Avtoqəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılacaq".
Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir. Yaralılar bunlardır.
Azər Məmmədov - sürücü
Şəhriyar Cəlilov
Hekayət Əhmədzadə
Arifə Cabbarova
Xəyalə Abdulxalıqova
Ülkər Əfəndiyeva
Afaq Məmmədova
Məryəm Əliyeva
Zəhra Məmmədova
Nərmin Əmirova
Sevda İsmayılova
Zöhrab Namazov
Elmir Cəlilli
Elmira Məmmədova
Milana Məmmədova
Amid Babaxanov
Toğrul Əliyev
İlham Bağırov
Pərvanə Fətəliyeva
Tofiq Eminov
Faktla bağlı araşdırma aparılır.
----------
14:49
Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Şəhərdə 29 saylı marşrut xətti ilə sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq divara çırpılıb. Qəza zamanı xeyli sayda sərnişin yaralanaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
-------------
17:22
Videoları izləmək üçün şəkillərə klikləyin.