Ərdoğan Rusiya ilə əlaqələr barədə AÇIQLAMA verdi

25 Noyabr 2015 12:56

Türkiyə Rusiya ilə əlaqələri kəskinləşdirmək niyyətində deyil.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, Türkiyə HHQ-nin son insidentədək ölkənin hava məkanını pozan Rusiya təyyarələrini vurmaması Ankaranın uzun müddət səbr etdiyinin bariz nümunəsidir: "Vurulmuş qırıcının Rusiyaya məxsus olmasını bu ölkənin rəsmi şəxslərindən öyrəndik. Türkiyə HHQ qırıcını vurmazdan əvvəl 10 dəfə müvafiq xəbərdarlıq edib".

Onun fikrincə, Rusiya HKQ-nin Suriyada hərbi əməliyyatlar apardığı rayonlarda "İslam dövləti" terror təşkilatının silahlıları yoxdur.

Milli.Az