Bakıda "Mama Roza" tutulub

25 Noyabr 2015 11:15

Paytaxtda qadınları zorla fahişəliyə məcbur edən qadın axtarışa verilib.

Milli.Az bildirir ki, 28 yaşlı qadın Binəqədi rayonunda tanışlarını yalan vədlərlə, bəzən isə şantaj yolu ilə başqa kişilərlə pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. 4-cü Polis Bölməsi tərəfindən Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə cinayət işi açılıb. Şəxsiyyəti müəyyənləşdirilən Bakı sakini, 1987-ci il təvəllüdlü Aynur Dəmirova bu il oktyabrın 10-dan bəri axtarışda olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində A.Dəmirova tutulub.

Faktla bağlı araşdırma aparılır.

Fatimə

Milli.Az