"Eşkiya dünyaya hükmdar olmaz" serialının aktrisası Müjde Uzman "Mesut Yar ile burada laf çok" proqramında onu təhqir edən yumorist Ceyhun Yılmazı məhkəməyə verib.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın vəkili Yılmaza "3 qəpik"lik (kuruşluk) mənəvi təzminat davası açdıqlarını bildirib:
"Ceyhun Yılmaz çirkin ifadə işlədərək Müjde Uzmanı təhqir edib. Bu vəziyyət onda ağır travma yaradıb. Dost olmaq, zarafat etməyə çalışmaq heç bir surətdə belə bir təhqirə haqq qazandıra bilməz. Mövcud vəziyyət müvəkkilimin insanlıq, qadınlıq və peşə qürurunu zədələmişdir. Müjde 14 ildir ki, bu sektorda çalışmaqdadır, dayandığı və dayanmaq istədiyi yer bəllidir. Prokurorluğa müraciət etmişik, aktrisanın yaşamış olduğu travma və kədərin hər hansı miqdarda kompensasiyası mümkün olmadığından "3 qəpik"lik mənəvi təzminat davası açmışıq".
Qeyd edək ki, proqramda aparıcı Məsud Yar aktrisaya "Özünü hansı peşəyə aid hiss edirsən?" sualını ünvanlamışdı. Kameralar Müjde Uzmana yaxınlaşarkən kadra girən yumorist Ceyhun Yılmaz suala "fahişəlik" cavabını verib.
Yumorist daha sonra sosial şəbəkədə proqramda zarafat etdiyini bildirmişdi:
"Efirdə dediyim pis söz üçün üzr istəyirəm. Hamımızın zarafatla işlətdiyimiz sözü canlı yayımda deməməli idim. Müjde mənim bacımdır".
Milli.Az