Qamsaxurdiya öz əcəli ilə ölməyib?
24 Fevral 2011 09:48
Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiya intihar etməyib.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, belə nəticəyə onun ölümünün təfsilatını təhqiq edən parlament komissiyası gəlib.
İndiyədək rəsmi versiyaya istinadən hesab olunub ki, Zviad Qamsaxurdiya 1993-cü il dekabrın 31-də Qərbi Gürcüstanın Xibula kəndində özünü öldürmüşdür.
Bu nəticəyə o vaxt aparılan istintaq nəticəsində respublikanın baş prokurorluğu gəlib.
1991-ci ildə prezident seçilən Zviad Qamsaxurdiya bir il keçmiş hərbi çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırılmışdır.
O hakimiyyətə qayıtmağa cəhd göstərsə də, uğursuzluğa düçar olaraq bir qədər sonra qərbi Gürcüstanda sığınmağa məcbur oldu.
2007-ci ildə artıq bir neçə torpağa verilən Qamsaxurdiyanın cənazəsi Qroznodan gətirilərək Tbilisidə dəfn edilmişdir.
Müstəqil Gürcüstanının ilk prezidentinin ölümünün təfsilatını araşdırmaq üçün parlament komissiyası 2009-cu ildə yaradılıb.
Milli.Az