"Mən dəbdən çox, zövqə üstünlük verirəm. Hamının geyindiyi geyimi geyinməyi sevmirəm. Bəlkə də onun dəbi keçdikdən sonra geyinə bilərəm".
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva bildirib. Aktrisa etiraf edib ki, saçla bağlı problemi var:
"Saçla bağlı həmişə problemim olur. 7 il idi, saçıma rəng qoymurdum. Amma sonra bezdim və təbiilikdən çıxmaq qərarına gəldim. Saçımın rəngini dəyişdim, çox adam dedi ki, bu rəng dəbdə deyil. Amma mən dəbdən çıxanları istifadə etməyi sevirəm. Saçlarımın rəngini dəyişmək mənim üçün böyük risk idi və 1 ay götür-qoy etdim ki, edim ya yox? Saçımı və makiyajımı özüm edirəm. Salonlara güvənmirəm. Üz tutduğum stilistlər var, amma bu çox az halda olur. Film qalaları olduğu zaman, əgər o qalanın ulduzu mənəmsə, stilistlərə müraciət edirəm. Amma dizaynı özüm vermək şərti ilə... Özümü qara geyimdə daha rahat hiss edirəm. Rəngli tonlardan izləyicilərə görə istifadə edirəm. Yaz aylarında isə əlvan rənglərə müraciət edirəm. Uzun geyimləri sevirəm".
Milli.Az