AFFA klublardan 3 min manat alacaq

24 Noyabr 2015 14:22

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 13-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XIII turunun "Sumqayıt" - "Qəbələ" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Azərbaycan Premyer Liqasının XIII turunun "Rəvan" - "Zirə" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

Azərbaycan Premyer Liqasının XIII turunun "İnter" - AZAL matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.      

"İnter" klubunun oyunçusu Nizami Hacıyev meydançaya protokolda qeyd olunduğu 8 №-li forma əvəzinə 80 №-li forma ilə çıxıb. Oyunun 12-ci dəqiqəsində hakimin göstərişi ilə formasını dəyişib.

Bununla əlaqədər olaraq İntizam Komitəsi "İnter" klubunun yuxarıda göstərilmiş hadisəyə cavabdeh olan şəxslərinin işinə daha məsuliyyətlə yanaşmasını tələb edib.

Milli.Az