Elariz Məmmədoğlu: "Ölümdən döndüm" - VİDEO

24 Noyabr 2015 12:51

Müğənni Elariz Məmmədoğlunun başına iş gəlib. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında İstanbulda ölümdən döndüyünü deyib:

"Uşaqlıqdan qayıq sürməyi bacarmıram, fobiyam var. Bu yaxınlarda İstanbula istirahətə yollanmışdım. Bir dostum bu fobiyanı beynimdən çıxardı. Oturdum qayığa, başladım sürətlə idarə etməyə. Qarşıdan içərisi turist dolu gəmi gəlirdi. Sürət yüksək olduğu üçün qayığı döndərə də bilmirdim. Toqquşma təhlükəsi ilə üz-üzə qalmışdım. Ölümdən döndüm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Elariz Məmmədoğlu: