"Qəbələ"də ciddi itki: Yunanıstana aparmayacaqlar

24 Noyabr 2015 11:21

Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-la üz-üzə gələcək "Qəbələ" səfərə ciddi itki ilə yollanacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Dodo komandasına kömək edə bilməyəcək.

Noyabrın 9-da Topaz Premyer Liqasının XII turunda "İnter"lə keçirilən qarşılaşmadan sonra tibbi müayinədən keçən "sambaçı"nın omba nahiyəsində əzələ dartılması aşkarlanmışdı. Belə zədə zamanı bərpa prosesi 3 həftə çəkir. Hələ də məşqlərə qatılmayan kapitanın Yunanıstana getməyəcəyi artıq dəqiqdir.

Ondan fərqli, son vaxtlar zədədən əziyyət çəkən qapıçı Dmitri Bezotosnı, yarımmüdafiəçi Sergey Zenyov və hücumçu Ermin Zets dünəndən kollektivlə birlikdə məşqlərə qoşulublar. Lakin onların PAOK-la görüşdə oynayıb-oynamayacaqları hələ bəlli deyil.

Baş məşqçi Roman Qriqorçuk bununla bağlı qərarını oyun günü futbolçuların son durumuna əsasən verəcək.

Qeyd edək ki, PAOK - "Qəbələ" oyunu noyabrın 26-da Saloniki şəhərinin "Tumba" stadionunda keçiriləcək.

Milli.Az