Əroğlu: "Mitinq yara vurmamalıdır"

24 Fevral 2011 07:18
Milli.Az xəbər portalı TRT-yə istinadən bildirir ki, Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu martın 2-də keçiriləcək mitinqin təşkilatçısı olan Həmkarlar İttifaqı Platformasından təmkin və qərarlılıq gözlədiklərini, yanvarın 28-də keçirilən mitinqin açdığı yaralara məlhəm olmalarını istədiklərini deyib. Əroğlu bu gün iki həmkarlar ittifaqının təmsilçilərini qəbul edib.

Öncəki mitinqdə olduğu kimi Türkiyə əleyhinə plakatlar və şüarların bir daha təkrarlanmamasını istədiklərini bildirən prezident qeyd edib ki, ana vətənlə yaradılan incikliklər aradan qaldırılmalıdır.

Prezident olaraq vəzifəsinin xalqın birlik və bərabərliyinin davamını təmin etmək olduğunu bildirən Əroğlu ölkəsində və Türkiyədə narahatlıq yaradan 28 mart mitinqindəki olaylardan sonra həmkarlar platformasının tədbir görməsini istəyib: "İstəyim hər iki xalqı narahat edəcək hadisələrin təkrarlanmamasıdır".

Quzey Kıbrısın Ana Vətənsiz ola bilməyəcəyini, Kıbrısın gələcəyini quracaq müzakirələri belə, Türkiyə ilə birlikdə apardıqlarını bildirən Əroğlu qeyd edib ki, Kıbrıs türkü nə istədiyini biləcəyi təqdirdə, Türkiyənin dəstəyi davam edəcək.

Milli.Az