PR menecer olmaq istəyənlər üçün əla şans - FOTO

21 Noyabr 2015 16:12

"Akademi Group" şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən "Akademi PR Company"nin "Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqı" ilə birgə təşkil etdiyi "Akademi PR Akademiyası"nın növbəti təlimi keçirildi. Həmişəki kimi bu həftənin də qonaq təlimçiləri öz sahəsinin peşəkarları oldu.

PR Akademiyanın budəfəki təlimçiləri "Akademi PR Akademiyası"nın rəhbəri, ölkənin PR üzrə ilk qadın eksperti Nuranə Ağazadə, "KEvents" şirkətlər qrupunun rəhbəri, ölkənin peşəkar prodüseri Kənan Bayramov və ASA Akademiyasının rəhbəri, ölkənin peşəkar jurnalistika təlimçisi İlhamə Novruzova oldular.

"Akademi PR Akademiyası"nın rəhbəri Nuranə Ağazadə tədbir iştirakçılarına "Akademi Group" şirkətlər qrupunun rəhbəri Murad Ağalarovun salamını çatdıraraq, artıq prakademiya.com saytının istifadəyə verilməsi, #prakademiya həştəqinin sosial şəbəkələrdə durmadan populyarlaşması və PR təlimlərinin gələcək mövzuları haqqında məlumat verdi.

Röya Ayxan, Zamiq, Sevda Yahyayeva və s. bu kimi tanınmış ulduzların PR və prodüserlik fəaliyyətini etibar etdiyi, bir çox böyük konsert və tədbir layihələrinin təşkilatçısı "KEvents Group" şirkətinin rəhbəri Kənan Bayramov gənclərlə fəaliyyət zamanı düzgün iş qurulması və nəinki ölkəmizdə, eyni zamanda ölkədən kənar layihələrdə işləyəndə də, öz iş prinsiplərini qorumaq və peşəkar fəaliyyətlə məşğul olmaqla bağlı öz təcrübələrini bölüşdü. 

"ASA Akademiyası"nın rəhbəri, jurnalistika sahəsində illərlə təcrübəsi olan peşəkar jurnalist İlhamə Novruzova isə Akademi PR Akademiyasının tələbələrinə "Natiqlik" təlimini keçərək, onlara düzgün danışıq və maraqlı təqdimatın sirlərini öyrətdi.

Sabah "Akademi PR Akademiyası"nın növbəti təlimin qonağı isə "M Group" şirkətinin rəhbəri, şoumen Murad Dadaşov olacaq. Onu da qeyd edək ki, artıq "Akademi PR Akademiyası"nın qapıları "PR menecment" sahəsi üzrə təhsil almaq istəyən bütün tələbələrin üzünə açıldı. Ətraflı məlumat üçün 055-546-63-97 nömrəsinə müraciət edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.Az