Nazir: “Azərbaycan müdafiə təyinatlı məhsullarının çeşidini 480-ə çatıdıracaq”

23 Fevral 2011 15:42
Birləşmiş Ərəb Əmirliklərində keçirilən "İDEX - 2011" hərbi sənaye sərgisində iştirak etmək üçün Abu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ANS telekanalına müsahibəsində belə deyib. Nazirin sözlərinə görə, bu rəqəm 413 dən 480-ə çatdırılacaq. Bundan başqa, Azərbaycan bir sıra hərbi təyinatlı məhsullarını ixrac edəcək.

Qeyd edək ki, dünya ölkələrinin 1/3-nin toplaşdığı, regionun ən nəhəng hərbi sənaye sərgisi "İDEX - 2011" işini davam etdirir. Azərbaycan bu sərgidə ilk dəfə iştirak etməsinə baxmayaraq, böyük maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra şirkətlərlə danışıqlar apararaq mühüm razılışmalar əldə edib.

Sərgi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyan Azərbaycan nümayəndə heyətilə görüşüb.

Milli.Az