Günün yuxuyozması

28 Fevral 2011 06:00
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

ZİBİLXANA - Röyada görülən zibilxana - çoxlu mala, var-dövlətə yozulur. Özünü zibillik bir yerdə görmək - miras olaraq əlinizə sərvət keçəcək.Yuxuda özünü çirkab içində görən adam əgər xəstədirsə və öləcəyindən qorxursa, bu qorxudan qurtulacaq. Bu röya, eyni zamanda, dünya mülkünü toplamağa da işarə sayılır. Yoxsul adamın belə yuxu görməsi - fəqirlikdən, kasıblıqdan qurtarmağa və ya bir mirsa qovuşmağa; subay adam üçün - evlənməyə yozulur. Röya sahibini rəhəbər içdə işləmək qabiliyyəti varsa, belə bir məqama nail olacaqdır. Yuxuda zibillik, bəzən də, dövlət malına, yetimxanaya işarə sayılır. Zibillikdə çılpaq olduğunu görən adam vali və ya rəhbər işdədirsə, vəzifəsini itirəcək; yoxsul isə - varlanacaqdır.

MAĞARA - İnsanın yuxuda mağara görməsi - röya sahibi müəlliminin, atasının, ustadının, həyat yoldaşının himayəsinə sığınacaq deməkdir. Yuxuda mağara, bəzən, işlərini başqalardan gizli saxlamağa, boşda qalmış adam üçün vəzifə almağa, sıxıntılardan qurtulmağa da yozulur. Röyanı görən xəstə və ya həbsdə isə, bunlardan qurtulacaq. Başqa bir yozuma görə isə, mağara görmək-röya shibinin ömrünün uzunluğuna və xeyrinin, faydasının çoxluğuna işarə sayılır. Yuxuda mağaraya girdiyini görən adam bir idarəçiyə, qüvvətli və qüdrətli bir kimsəyə kələk gələr.

LABORATORIYA -Yuxuda laboratoriyada isləmək - röya sahibinin çox bilikli və yetkin bir adam olduğunu göstərir.

YAĞIŞ - Zərər vermədiyi təqdirdə yuxuda yağış-xeyrə və bolluğa yozulur. Bəzən də yağış-qorxulu bir şeyin olacağını, vəd edilən sözün yerinə yetirilməməsini, müsafir olanın səfərinədn geri qalmasını bildirir. Yuxusunda yağışın yalnız öz evinə yaödığını görən adam xeyrə, xeyirxahlığa çatacaq. Yağışın şəhərin hər yerinə yağdığını görmək - o yerin xalqının xeyirxahlığını və xeyirini ifadə edir. Yağış suyundan içmək-su saf və durudursa, röya sahibi xeyirə qovuşacaq. Yağış suyu bulanıq olarsa, bu sudan içən xəstə olar. Göydən qan, daş-torpaq yağması-zülmü, bəzən də ucuzluq olacağını göstərir. Yağış yağması və sel olub qabağına gələni düzləməsi - hökmdar tərəfindən o yerdə ortaya çıxacaq fitnə-fəsada işarədir. Əkin-biçin adamlarının yuxuda yağış görməsi-müjdə, ucuzluq və bolluq deməkdir.

ELANİ-EŞQ - Röyada birisinə eşq elan etdiyini görülməsi - dostlarınızdan biri sizə böyük bir yaxşılıq edəcəkdir.

Milli.Az