00:09
"Qorbaçov Fond"un mətbuat katibi Vladimir Polyakov M.Qorbaçovun ölümü ilə bağlı BBC-nin yaydığı iddia olunan məlumatı təkzib edib.
Milli.Az RBK-ya istinadən bildirir ki, V.Polyakov bu xəbəri "növbəti alçaq axmaqlıq" adlandırıb: "Dünən onunla görüşmüşəm, bu gün isə telefonla danışmışam. Mixail Sergeyeviçin "ölüm" ilə bağlı yalanları təkzib etmək məni usandırdı.
Sözügedən xəbərin mənbəyi Rusiyanın Regnum agentliyidir. Agentlik məlumatında BBC-yə istinad edib. BBC-nin saytında isə belə informasiya yoxdur.

--------
19.11.2015
21:33
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyada vəfat edib.
Milli.Az modern.az-a istinadən bildirir ki, BBC 85 yaşlı keçmiş prezident ürək tutmasından dünyasını dəyişdiyinə dair xəbər yayıb.
Artıq ABŞ prezidenti Barak Obama Qorbaçovun ölümünə görə mərhumun yaxınlarına başsağlığı verib.
Milli.Az