Milli.Az publika.az-a istinadən bildirir ki, 31 yaşlı İvan Kuzmin 13 il azadlıqdan məhrum edilib.
Amma o, özünü tam təqsirli hesab etməyib. Kuzmin bildirib ki, o, yoldaşını sadəcə olaraq qorxutmaq istəyib.
Xatırladaq ki, Kuzmin ötən ilin avqustun 16-da qısqanclıq zəminində həyat yoldaşı Veronika Filoppovun üzərinə spirt tökərək onu yandırıb. Həkimlər bədənin 80 faizi yanan qadını həyatda saxlamaq üçün bir neçə saat mübarizə aparsalar da Filippov xəstəxanada həyatını itirib.
Milli.Az