Üçüncü dəfə təşkil olunan stolüstü tennis üzrə ən nüfuzlu mükafatların təltifat mərasimi bu ilin sonunda Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək və bununla da 2015-ci ilin mövsümünə yekun vurulacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, dekabrın 9-na planlaşdırılan tədbirdə ən yaxşı oyunçulara, məşqçilərə və stolüstü tennisin digər tanınmış ulduzlarına mükafatlar təqdim olunacaq və sonra nüfuzlu Dünya Turunun Qrand-Final mərhələsi keçiriləcək.
Beynəlxalq Stolüstü Tennis Federasiyanın marketinq üzrə direktoru Stiv Deynton bildirib ki, bu idman tədbiri get-gedə populyarlaşır və "İlin ulduzları"nın nüfuzu daha da artır. Biz ilin sonunda Lissabona səfər edib, bu şəhərdə Dünya Turunun Qrand-Final mərhələsini təşkil edəcəyik. Bu il 8 nominasiya oynanılacaq. Kişilər, qadınlar, məhdud imkanlı idmançılar və məşqçilər arasında keçirilən ənənəvi nominasiyalara bu il "İlin kəşfi" mükafatı da əlavə ediləcək, eləcə də "Fair Play" qalibləri müəyyənləşəcək.
"İlin ulduzları" mükafatının sahiblərinin siyahısında "Bakı-2015" ilk Avropa Oyunlarının beynəlxalq idman elçisi və qalibi almaniyalı Dmitri Ovçarovun da adı var.
Milli.Az