Günay İbrahimli: "300 minə almışam"

18 Noyabr 2015 11:53

Müğənni Günay İbrahimli "ATV Maqazin" verilişinin gizli kamerasına tuş gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni aldığı mənzilinin qiymətini açıqlayıb:

"Evi 300 minə almışam. 100 minin vermişəm, 200 mini qalıb. Evimi kreditlə götürmüşəm. Hələ tikilir".

G.İbrahimli hərdən ulduzluq xəstəliyinə tutulduğunu da etiraf edib:

"Yuxudan ulduz kimi oyanıram. Başlayıram hamıya əmr verməyə: mənə çay süzün, yemək gətirin, paltarlarımı verin, ayaqqabımı təmizləyin. Həmin an yanımda kim oldusa, vay onun halına".

Milli.Az