Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqası ilə bağlı yalnız bir qərar verilib.
Komitə XII turun oyunlarında yaşananları ötən iclasında müzakirə etsə də, "Qəbələ" - "İnter" matçı ilə bağlı qərarı saxlamışdı. Həmin oyuna bu dəfə baxan qurum 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahiblərini 1000 manat cərimələyib.
Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu 1:1 hesabı ilə başa çatıb.
Milli.Az