Kokoslu piroq

22 Noyabr 2015 07:00

Milli.Az kokoslu piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

xəmir: 

1 yumurta
1 st. qatıq 
3/4 st. şəkər tozu
10 q qabartma tozu
1,5 st. un

iç: 

3/4 st. şəkər tozu
100 q kokos yonqarı
1 paket vanilli şəkər 

əlavə: 

1 st. 20%-li qaymaq 

Xəmir üçün olan ərzağı qarışdırıb formaya tökün. 

İç üçün olan ərzağı qarışdırıb xəmirin üzərinə bərabər qaydada səpin.

180-200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Çalışın, kokos yonqarı qızarmasın. Bişməyə başlayandan 10 dəqiqə sonra piroqun üzərinə folqa çəkə bilərsiniz ki, yanmasın. 

Piroq hazır olanda qaynar-qaynar üzərinə 1 st. 20%-li qaymaq tökün. 

Nuş olsun! 

Milli.Az