Arıqlamaq istəyən kişilər üçün Tarkanın pəhrizi

15 Noyabr 2015 13:39

Milli.Az publika.az-a istinadən bu dəfə məhz kişilər üçün qısa müddətdə möhtəşəm nəticə verən meqastar Tarkanın pəhrizini təqdim edir:

Deyilənə görə, Tarkan bu pəhriz sayəsində 20 gündə 8 kiloqram arıqlayaraq, 78 kilodan 70 kiloya düşüb.
 
Onu da qeyd edək ki, Tarkan pəhrizini saxlayarkən gündə ən az 1 saat 30 dəqiqə idman etmək lazımdır. Pəhriz zamanı ac qalmayacaqsınız.
 
Deyilənə görə, şirniyyatı çox sevən Tarkan pəhriz müddətində belə, balqabaqdan hazırlanan xüsusi şirniyyatlardan imtina etməyib.
 
Səhər yeməyi:
 
* 2 dilim kəpəkli çörək və ya yulaf əzməsi
* 100 qram yağsız lor pendiri
* Pomidor, bibər və xiyardan ibarət salat (alternativ olaraq badamlı salat yemək olar)
* Bir stəkan yağsız süd və ya sadə çay
 
30 dəqiqə keçdikdən sonra:
 
*Qreypfrut, portağal, alma və kökdən hazırlanan 1 stəkan meyvə şirəsi
 
Günorta yeməyi:
 
* İki ədəd orta böyüklükdə kartof
* 150-200 qram toyuq (alternativ olaraq yağsız qırmızı ət və ya balıq)
* Duzsuz, yağsız salat
* Bir ədəd banan və kivi
 
Axşam yeməyi:
 
* İspanaq, gülkələmi, qabaq, kərəviz, kartof, noxud, mərci kimi qidalardan hazırlanmış 1 porsiya yağsız, duzsuz tərəvəz yeməyi.
* Duzsuz, tərəvəzli plov (dad vermək üçün limon əlavə etmək olar)
* Üç yumurtanın ağı
* Meyvə salatı (tərkibində banan, kivi, armud, yaşıl alma və üzüm ola bilər)
 
30 dəqiqə sonra:
 
Bir ədəd rəndələnmiş kök (üzərinə bol miqdarda limon sıxılmalıdır)

Pəhriz zamanı həftədə 2-3 dəfə aşağıdakı şirniyyatlardan yemək olar:
 
Balqabaq halvası: tərkibinə şəkər əvəzinə süni dadverici əlavə edilməlidir. Limonla dad vermək olar.
Manna yarması ilə hazırlanan şirniyyat: manna yarmasını tavada çəhrayı rəng alana kimi qovurun. Kənarda suyu, süni dadvericini və limon suyunu qaynadıb üzərinə əlavə edin.
 
Qeyd: gündə bir dəfə sadə qəhvə, 4-5 dəfə limonlu çay, həftədə ən azı 3 dəfə cökə çayı içmək olar.

Milli.Az