"Havay aşı"

15 Noyabr 2015 07:00

Milli.Az "Havay aşı"nın hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 st. uzun düyü
100 q şirin bibər 
100 q qarğıdalı konservi 
100 q göy noxud konservi
100 q yaşıl maş lobyası
100 q yerkökü
1/4 ç.q. zəncəfil tozu
1/4 ç.q. muskat cevizi
2 ç.q. qara istiot (sevmirsinizsə, qədərini azaldın)
2 x.q. zeytun yağı
duz

Düyünü duzlu suda bişirib süzün. 

Yerkökünü kubik, bolqar bibərini xırda doğrayın. Dərin tavada yağı qızdırın, orta itilikli odda bütün tərəvəzi qovurun. Duz, muskat cevizi və zəncəfil vurun, yumşalanadək, təxminən 20 dəqiqə qarışdıraraq bişirin.
 
Tərəvəz qarışığı hazır olanda bişmiş düyünü və qara istiotu əlavə edin, bir neçə dəqiqə bişirin, arada qarışdırın. 

Süfrəyə qaynar halda verin. 

Nuş olsun! 

Milli.Az