Qəddafi İsveçrəyə cihad elan etdi
26 Fevral 2010 09:50
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, o, İsveçrəni "kafir" və "məscidlərin qənimi" adlandırıb. Xatırladaq ki, iki ölkə arasında münasibətlər bir sıra məsələlərlə əlaqədar korlanıb. Ötən ilin dekabrında Liviya Xarici İşlər Nazirliyi Qəddafinin oğlunun tutulması ilə bağlı etiraz bəyanatı yaymışdı. Oğul Qəddafi 2008-ci ilin iyulunda Cenevrə mehmanxanalarının birində saxlanmışdı. Buna səbəb onun mehmanxananın 2 xidmətçisini döyməsi olmuşdu.
İsveçrədə minarələrin tikintisinə qoyulmuş qadağa isə Qəddafini yenidən özündən çıxarıb. Liviya İsveçrə, həmçinin Avropa İttifaqının bir çox ölkəsinin vətəndaşlarına viza verməkdən imtina edib.
Son açıqlamasında Qəddafi deyib: "İsveçrə ilə əməkdaşlıq edən istənilən müsəlman Məhəmməd Peyğəmbərə, Allaha və Qurana qarşı çıxır. İsveçrəyə, sionizmə, xarici təcavüzə qarşı aparılan müqəddəs müharibə terrorçuluq deyil".
Milli.Az